3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsinə start verilib
20 may 2023 1016
20 may Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunları start götürüb. Turnirin açılış oyununda Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev iştirak ediblər. Açılış oyunu Almaniya və Ukrayna milliləri arasında baş tutub. Bu görüşdə Ukrayna kollektivi 15-14 hesablı qələbə qazanıb. B qrupunda isə favorit Çin millisi, Avstriya komandasına 14-13 hesabı ilə məğlub olub. C qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə, Polşa seçməsi ilə oyundan 22-7 hesablı məğlubiyyətlə ayrılıb. D qrupunda qərarlaşan "Neftçi" klubu, Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 15-12 hesabı ilə qalib ayrılıb.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular
Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə çempionatında daha ... Ətraflı
