3 boksçumuz beynəlxalq turnirdə 1/4 finala yüksəlib
23 fevral 2023 957
Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında “Strandja” beynəlxalq turniri davam edir. A kateqoriyalı yarışın üçüncü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.
1/8 final mərhələsi çərçivəsində Malik Həsənov (63,5) hindistanlı Şiva Tapa ilə döyüşməli olsa da, rəqib görüşə çıxmayıb. Boksçumuz növbəti mərhələdə Mujibillo Tursunovla (Özbəkistan) üz-üzə gələcək.
Məhəmməd Abdullayev də rinqdən qalib ayrılıb. +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı Yordan Morehonla (Bolqarıstan) qarşılaşıb və rəqibini 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda Narenderlə (Hindistan) döyüşəcək.
Millimizin digər üzvü Zeynəb Rəhimova (54 kq) Yuliya Korolini (Moldova) sınağa çəkib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28). Rəhimova 1/4 finalda argentinalı Mixaela Robleslə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 40-a qədər ölkədən 398 boksçunun (256 kişi, 142 qadın) mübarizə apardığı yarışın qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
