Zirədə yeni təmir edilmiş cüdo zalı fəaliyyətə başlayıb
18 avqust 2023 275
Müxtəlif regionlarda cüdo idman növü üzrə infrastrukturun təkmilləşdirilməsi və inkişafı Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biridir. Ötən ilin əvvəlindən ACF Respublikanın müxtəlif regionlarında idman klublarının bərpasını və təmirini həyata keçirib.
Belə ki, avqustun 17-si Zirə İdman Kompleksində yeni təmir edilmiş cüdo zalı istifadəyə verilib. ACF-in vitse-prezidenti Elnur Məmmədli, baş katib Rəşad Rəsullu, ACF-in prezidentinin müşaviri Natiq Bağırov, Zirə İdman Kompleksinin direktoru Vüsal Məmmədov, Zirə kəndinin nümayəndələri və digər rəsmi şəxslər cüdo zalında yaradılan şərait ilə tanış olublar.
Məlumat verilib ki, ACF tərəfindən yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 210 m2 təşkil edir və bir “dojo” (cüdo məşq zalı) var. Cüdo zalında idmançılar üçün bütün zəruri şərait təmin edilib. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.
İndiyə qədər Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan raypnu Ağalı kəndi, Sabirabadda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonunda isə cüdo zallarının təmiri davam etməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 80-dən çox cüdo idman zalına 4000-dən çox cüdo tatamisi paylanılması reallaşdırılıb.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı