Xəbərlər

Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırıb

09 oktyabr 2026 - 13:29 44

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

 

O, 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyana məğlub olub.

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.