Yüksək Liqada XVIII tura yekun vurulur
05 aprel 2025 584
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura yekun vurulacaq. Son oyun Gəncədə baş tutacaq.
Turun bağlanış matçında “Gəncə” klubu “Murov Az Terminal” kollektivini qəbul edəcək. Gəncə İdman Sarayında keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.
Turnir cədvəlində 24 xalla dördüncü pillədə qərarlaşan “Gəncə” qələbə sayəsində mövqeyini möhkəmləndirməyə çalışacaq. Beşinci yerdə olan və 18 xala malik “Murov Az Terminal” isə xal fərqini azaltmaq niyyətindədir.
Qeyd edək ki, XVIII turun ötən gün baş tutan görüşlərində “Abşeron” “Milli Aviasiya Akademiyası”na, “Azərreyl” isə UNEC-ə eyni - 3:0 hesabı ilə qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı