Yığmamızın 2 boksçusu dünya çempionatında növbəti mərhələyə vəsiqə əldə edib
07 may 2023 891
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı davam edir. Mundialın 7-ci günündə Azərbaycan millisinin 4 idmançısı gücünü yoxlayıb.
51 kq çəkidə Məsud Yusifzadə (51 kq) 1/16 final mərhələsi çərçivəsində Maykl Trindadla (Braziliya) üz-üzə gəlib. Döyüş boksçumuzun 5:2 (2:0 əlavə hakimlər) hesablı qələbəsi ilə başa çatıb.
Yusifzadə 1/8 finalda Patrik Çinyemba (Zambiya) ilə döyüşəcək. Qarşılaşma mayın 9-da olacaq.
Məhəmməd Abdullayev (+92 kq) də mundialda növbəti qələbəsini qazanıb. O, 1/8 finalda əlcəzairli Murad Kadini mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 28:29, 30:27, 29:28, 29:28).
Dünya çempionatının mükafatçısı üçüncü görüşündə gürcüstanlı Nikolos Beqadze ilə münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 10-na təsadüf edəcək.
Ümid Rüstəmov üçüncü döyüşündə Xavyer İbanes Diasla (Bolqarıstan) mübarizə aparıb. Qələbə qazanan rəqib 1/4 finala yüksəlib.
Mirşərif Kazımzadə (75 kq) isə ikinci qarşılaşmasında Salvatore Kavalyaro (İtaliya) ilə qüvvəsini sınayıb və 1/8 finala rəqib vəsiqə qazanıb.
Qeyd edək ki, yarışın 8-ci günündə Tural Sarıyev (48 kq) Vuttiçai Yuraçaini (Tailand), Nicat Hüseynov (54 kq) Po-Hao Hsunu (Tayvan), Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovu (Rusiya) və Alfonso Dominqes (86 kq) Bill Makallisteri (Avstraliya) sınağa çəkəcək.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı