Yeniyetmələr arasında Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan cüdo millisi Vətənə qayıdıb
30 iyun 2025 - 21:48 678
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarında uğurla çıxış etmiş Azərbaycan millisi Vətənə qayıdıb.
Millinin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Azərbaycan milli komandası fərdi yarışları 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.
Yığmamızın heyətində Anar Quliyev (50 kiloqram), Rəsul Əlizadə (55 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram) qızıl, Nərmin Ağamirzəzadə (48 kiloqram) gümüş, Gülşən Hüseynova (44 kiloqram) və Leyla Ələkbərova (48 kiloqram) bürünc medal əldə ediblər.
Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub. İkinci yerə görə təqdim olunan mükafatı yeniyetmə oğlanlardan ibarət yığmamızın məşqçisi Nicat Şıxəlizadə qəbul edib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı