Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatına yekun vurulub
19 iyul 2022 488

Yunan-Roma güləşi yığma komandamız tarixi uğura imza atıb.
Belə ki, millinin 12 üzvü fəxri kürsüyə qalxıb. Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) ikinci, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə üçüncü yeri tutub.
Beləliklə, 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan yığmamız 205 xalla komanda hesabında Avropa çempionu olub! Azərbaycan ikinci pillədə qərarlaşan Türkiyəni 76 xal qabaqlayıb. Ukrayna isə 123 xalla üçüncü yeri tutub. Millimiz medalların keyfiyyətinə və kəmiyyətinə görə də bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Zaqrebdə qazanılan nəticə U-15 Avropa çempionatlarında Azərbaycan yunan-Roma güləşi adına həm medalların sayına, həm əyarına, həm də komanda hesabında toplanan xallara görə rekord göstəricidir.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı