Xizək alpinistlərimiz Türkiyə çempionatında uğurla çıxış ediblər
16 mart 2025 451
Azərbaycanın xizək alpinistləri Nəbiyulla Qələbəqiyev, Ramin Beybutov, Elməddin Həsənov, Nurid Şəkərəliyev və Abel İsmixanov Türkiyənin İsparta şəhərinin Davraz xizək mərkəzində keçirilən ölkə çempionatında iştirak ediblər.
Azərbaycan Qış İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın sprint növü üzrə U-18 kateqoriyasında Nəbiyulla Qələbəqiyev 3 ölkənin 11 idmançısı arasında birinci yeri tutub.
Eyni kateqoriyada mübarizə aparan Ramin Beybutov dördüncü olub.
Abel İsmixanov U-16 kateqoriyasında 13 idmançı arasında birinci, Nurid Şəkərəliyev isə ikinci yerə sahib çıxıb.
U-14 kateqoriyasında isə Elməddin Həsənov 5 idmançı arasında ikinci yerlə kifayətlənib.
Yarışın "mixed relay" növünün böyüklər kateqoriyasında Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 9 komanda arasında birinci yeri tutublar. U-14 kateqoriyasında mübarizə aparan Elməddin Həsənov isə ikinci yerdə qərarlaşıb.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı