Xəyyam Orucov: “Bu parlaq ənənələri təbliğ edib, gələcək nəsillərə ötürməliyik”
05 mart 2024 1531
“Səfir kimi çalışmalıyıq ki, idman ölkəmizdə daha da populyarlıq qazansın”.
Bunu Gənclər və İdman Nazirliyi tərəfindən “İdman səfiri” seçilən milli idman növləri üzrə dördqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi, dünya çempionatının altıqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı, əməkdar məşqçi Xəyyam Orucov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Qubada keçirilən idman paradında jurnalistlərə müsahibəsində deyib.
O, idman sahəsində əlddə etdiyi təcrübəni hər zaman yeniyetmə və gənlərlə bölüşməyə hazır olduğunu bildirib: “İllərdən bəri topladığımız təcrübələri yeniyetmə və gənclərlə bölüşmək bizim əsas işimizdir. Milli idman növləri bizim tariximizdir. Çalışıb bu parlaq ənənələri təbliğ edib, gələcək nəsillərə ötürməliyik”.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı