Voleybolçu qadınlar arasında keçirilən Azərbaycan Yüksək Liqasının I dövrəsinin oyunları yekunlaşıb
24 yanvar 2023 1315
Bu gün baş tutan III tur çərçivəsində “Murov” “Azərreyl”lə , UNEC isə “Abşeron”la üz-üzə gəlib.
Voleybol Mərkəzində təşkil olunan turun ilk matçında “Murov” “Azərreyl”lə qarşılaşıb.
Eldar Yusubovun komandası ilk seti 25:22 hesabı ilə öz xeyrinə başa vurub. Matçın ikinci hissəsində də “Azərreyl” eyni hesabla qalib gələrək set fərqini 2-yə çatdırıb. Vüqar Əliyevin yetirmələri üçüncü hissədə 25:20 hesabı ilə qalib gələrək fərqi minimuma endirsələr də, geridönüş edə bilməyiblər. Dördüncü set “Azərreyl” komandasının 25:20 hesablı qələbəsi ilə yekunlaşıb. Yekunda “Azərreyl” rəqibini 3:1 ( 25:22 25:22, 20:25, 25:20) hesabı ilə məğlub edib.
Günün və I dövrənin son matçında UNEC “Abşeron”la görüşüb. Bu matçın qalibi üç setdə müəyyən olunub. Oyuna daha inamlı başlayan “Abşeron” birinci seti 25:13 hesabı ilə qalib gəlib. Famil Ağayevin komandasının ilk hissədəki uğuru sonrakı setlərdə də davam edib. “Abşeron” ikinci hissəni 25:19, üçüncü hissəni isə 25:16 hesabı ilə qalib başa vurub.
Beləliklə, 3 turdan sonra xal itirməyən “Azərreyl” 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xala malik “Murov” ikinci, ondan 3 xal geri qalan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
24 yanvar
Yüksək Liqa (qadınlar)
III tur
“Murov” - “ Azərreyl” 1:3 (22:25, 22:25, 25:20, 20:25)
UNEC - “ Abşeron” 0:3 (13:25, 19:25, 16:25)
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
.jpeg)
.jpeg)
.jpeg)
