VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
21 noyabr 2025 - 22:33 548
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, PNU stadiyonu-Şahzadə Nourah Universitetində keçirilən mərasimdə Azərbaycan nümayəndə heyəti paraddan birinci keçib. Mərasimdə üçrəngli Azərbaycan bayrağını yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova aparıb.
VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə tədbirin keçirildiyi stadionda izləyib.
Mərasimdə rəsmi çıxışlardan sonra İslam Həmrəyliyi Oyunlarının bayrağı növbəti İslamiadaya ev sahibliyi edəcək Malayziya komandasının rəsmisinə təqdim edilib.
Mərasim daha sonra bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarını 59 ( 9 qızıl, 19 gümüş, 31 bürünc) medalla 10-cu pillədə bitirib.
Yarışda Azərbaycan 20 idman növündə 179 idmançı ilə təmsil olunub. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparıb.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı












