Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi bəlli olub
17 oktyabr 2025 - 10:05 24

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə isveçrəli Luka Qabrilo təyin olunub.
Azərbaycan Üzgüçülük Federasiyasından bildirilib ki, 15 ildən artıq təcrübəyə malik mütəxəssis öncə İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında Avropa və dünya çempionatlarında fərdi idmançılar və yığmalar medallara yiyələnib, Olimpiya Oyunlarında finallara vəsiqə qazanıb.
Peşəkar fəaliyyətinə İsveçrədə başlayan 44 yaşlı məşqçi 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyası sistemində müxtəlif vəzifələrdə – komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb. Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio-2020 Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.
L.Qabrilo, həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb və bu müddətdə “Team Iron” komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında dünyanın müxtəlif ölkələrindən olan 36 yüksəksəviyyəli idmançıdan ibarət komanda liqada çıxış edib və bir sıra uğurlara imza atıb.
Yeni baş məşqçi milli komanda üzvlərinə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub.
Xatırladaq ki, dünən 12 illik fəaliyyətdən sonra Rəşad Əbdürəhmanov milli komandamızın baş məşqçisi vəzifəsindən ayrılıb və müşavir vəzifəsinə təyin edilib.
Bənzər xəbərlər

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı

Azərbaycan cüdoçuları Meksikadakı Qran-prinin ilk günündə 3 medal qazanıblar
Azərbaycan cüdoçuları Meksikanın Qvadalxara şəhərində təşkil olunan Qran-prinin ilk günündə ... Ətraflı