Üzgüçülük üzrə Azərbaycan Kuboku keçiriləcək
15 noyabr 2023 314
Su İdman Sarayında üzgüçülük idman növü üzrə Azərbaycan Kuboku keçiriləcək.
Noyabrın 16-da təşkil olunacaq yarışda 200 FINA (Beynəlxalq Üzgüçülük Federasiyası) xalı toplamış idmançılar iştirak edə biləcəklər.
Turnir çoxnövçülük üzrə ölkə kuboku olmaqla şəxsi xarakter daşıyır və müxtəlif yaşlarda olan 120-dək idmançının mübarizəyə qatılacağı gözlənilir.
Üzgüçülərin həvəsləndirilməsi məqsədilə yarışın reqlamentində bəzi dəyişikliklər nəzərdə tutulub. Turnirdə bütün idmançılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparacaqlar. Qaliblərlə yanaşı, digər yaxşı nəticələr göstərən idmançılar da medal və diplomlarla təltif olunacaqlar.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdman Sarayının təşkilatçılığı ilə keçiriləcək ölkə kubokuna noyabrın 19-da yekun vurulacaq. Yarışın son günündə qaliblər və digər yüksək nəticə göstərən idmançılar mükafatlandırılacaqlar.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı