Üzgüçülərimiz də Skopye-2025-də mübarizəyə başladılar
21 iyul 2025 - 11:32 752
Bu gün Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən üzgüçülük yarışlarına da start verilib.
Yarışların ilk günündə dörd idmançımız mübarizə aparacaq.
Artıq üç idmançımız ilk çıxışını yekunlaşdırıb.
Təmsilçilərimizdən Fərhad Şirməmmədli 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında finişə ikinci çatıb - 4:23.76. Onun komanda yoldaşı Ramal Sadıqlı isə bu kateqoriyada beşinci olub. O, çıxışını 4:17.51 saniyə ilə başa vurub. Komandamızın daha bir üzvü Mehri Əbdürrəhmanlı isə (200 metr batterflay) 2:26.33 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, EYOF-2025-in üzgüçülük yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedə yerləşən “Centar” Olimpiya Üzgüçülük Mərkəzində keçirilir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı