Usta cüdoçumuz 11-ci dəfə Avropa çempionu adını qazandı
22 may 2025 660
Bu gün Latviyanın paytaxtı Riqada usta cüdoçular arasında Avropa çempionatına start verilib.
37 ölkədən 926 (755 kişi, 171 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycanın usta cüdoçuları da qüvvələrini sınayırlar.
Komandamız mötəbər yarışda 23 kişi, 1 qadın usta cüdoçu ilə təmsil olunur. Bu gün keçirilən yarışların ilk günündə komandamız aktivinə bir qızıl medal yazdırıb. Yaganə medalı ölkəmizə Azərbaycanın ən titullu usta cüdoçusu Fərhad Rəcəbli qazandırıb. M-8 kateqoriyası üzrə -90 kq çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə Riqada öz qalib imicinə sadiq qalan usta cüdoçumuzun 11-ci Avropa çempionluğu kimi yadda qalıb. Fərhad Rəcəbli həmçinin usta cüdoçular arasında dünya çempionatının 12 qat qalibidir.
Qeyd edək ki, qitə çempionatına mayın 25-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı