Uşanqi Kokauri "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı
31 oktyabr 2026 - 21:42 30
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.
O, finalda gürcüstanlı İrakli Demetraşviliyə uduzub.
Eyni çəkidə yarışan Camal Qamzatxanov isə 1/8 finalda Saba İnaneşviliyə (Gürcüstan) məğlub olub.
Mədinə Kaisinova (+78 kq) isə 1/8 finalda İrişkon Qurbanbayevanı (Özbəkistan) məğlub edib. O, 1/4 finalda Helena Vukoviçə (Xorvatiya) uduzub. Buna baxmayaraq, təsəlliverici görüşə vəsiqə qazanan M. Kaisinova Roşel Nunesi (Portuqaliya) məğlub etsə də, bürünc medal uğrunda mübarizədə italiyalı Erika Smionettiyə uduzub.
Bununla da Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.
Bənzər xəbərlər
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının ... Ətraflı
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Qazaxıstanın paytaxtı Astanada ... Ətraflı