Xəbərlər

Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb

31 oktyabr 2026 - 19:10 26

Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal əldə edib.

 

O, finalda ABŞ-dən olan Kayl Deykə 2:3 hesabı ilə məğlub olub.

 

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) bürünc mükafat əldə edib.