Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər davam edir
12 iyul 2023 1083
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qaxda ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.
Seansda Türkan Məmmədyarova, Abdulla Qədimbəyli, Gövhər Beydullayeva və Xanım Balacayeva balaca rəqiblərinə qarşı mübarizə aparıblar.
Seansın sonunda qrossmeysterlər cəmi 68 lövhədə qələbə qazanıb, 30 oyun heç-heçə ilə başa çatıb və 2 görüşdə qrossmeysterlər məğlub olub.
Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər növbəti aylarda da Bakıda və digər regionlarda da təşkil olunacaq.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı
