Ülvü yenidən dünya çempionu oldu, Murad bürünc medal qazandı
20 sentyabr 2025 - 22:50 555
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.
Bu gün yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.
Ülvü Qənizadə (72 kq) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.
Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.
Bununla da yunan-Roma güləşçilərimizin mundialda medal sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Eldəniz Əzizli (55 kq) dünya üçüncüsü olub.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı