U-18 millimiz Avropa çempionatına qələbə ilə başladı
29 iyul 2023 711
29 iyul Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları start götürüb. A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı ilk oyununda Malta yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya üstün başlayan U-18 yığmamız, gərgin oyunun yekununda Malta yığmasına 73-54 hesabı ilə qalib gəlib. U-18 millimizin qrupdakı növbəti rəqibi Cənubi Kipr seçməsi olacaq. Oyun 31 iyul Bakı vaxtı ilə saat 20:00 -da baş tutacaq və CBC Sport telekanalı vasitəsilə canlı olaraq yayımlanacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
