Turan Bayramov “Böyük Dəbilqə”də gümüş medal qazanıb
28 fevral 2025 709
Azərbaycan cüdoçusu Turan Bayramov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda rusiyalı Ayub Bliyevlə qarşılaşıb. Rəqibinə uduzan T.Bayramov fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, 23 ölkədən 242 cüdoçunun iştirak etdiyi "Böyük Dəbilqə"yə martın 2-də yekun vurulacaq. Azərbaycan turnirdə 3 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı