Timsahlar Olimpiada üçün təhlükə mənbəyidir
04 aprel 2025 272
Dünya Avarçəkmə Federasiya Avstraliyanın Kvinslend ştatında timsahlarla dolu Fitzroy çayını 2032-ci il Olimpiya Oyunları zamanı yarışların keçirilməsi üçün yararsız hesab edib.
"Fitsroy çayı təlim məqsədləri üçün uyğun olsa da, onun milli və ya beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etmək üçün yararlılığını təsdiqləmək üçün heç bir texniki qiymətləndirmədən keçməyib. Məlumatların əksinə olaraq, burada böyüklər arasında avarçəkmə üzrə heç bir milli və ya Avstraliya çempionatı keçirilməyib", - deyə qurumun rəsmi saytı məlumat yayıb.
Beynəlxalq federasiya qeyd edib ki, ədalətlilik və təhlükəsizlik istənilən yarış məkanı üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin, bütün avarçəkmə yarışları Dünya Avarçəkmə qaydalarına və texniki tələblərinə uyğun olmalıdır. Bundan əvvəl bildirilmişdi ki, Fitsroy çayında avarçəkmə yarışı keçirilsə, orada yaşayan timsahlar tutularaq, yeni yaşayış yerlərinə aparılacaq.
Məlumat üçün bildirək ki, Yay Olimpiya Oyunları 2032-ci ildə Brisben və ətraf Cənub-Şərqi Kvinslend bölgəsində keçiriləcək. Bununla da Brisben Oyunlara ev sahibliyi edən üçüncü Avstraliya şəhəri olacaq. Əvvəllər Yay Olimpiya Oyunları Melburn (1956) və Sidneydə (2000) keçirilib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı