Xəbərlər

Təmsilçimizin Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib

08 iyul 2021 587

Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Tokio-2020 Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib.

 

İdmançımız L qrupunda mübarizə aparacaq. Onun rəqibləri Danimarka təmsilçisi Anders Antonsen və Vyetnam badmintonçusu Tien Minh Nguyen olacaq.

 

Qaydalara əsasən 14 qrupda ilk yerin sahibləri və ən yaxşı 2 qrup ikinci pley-offa vəsiqə qazanacaq.

 

Badminton yarışları 24 iyul-2 avqust tarixlərində keçiriləcək.