Stolüstü tennisçilərimiz Fransaya yollanıblar
17 avqust 2023 283
Stolüstü tennisçilərimiz avqust ayında növbəti beynəlxalq yarışlara qatılacaqlar. İstedadlı idmançılar Yağmur Məmmədli ilə Onur Quluzadə əvvəlcə 19-24 avqust tarixlərində Fransanın Strasburq şəhərində təşkil olunacaq “EUROTALENTS DEVELOPMENT CAMP 2 U-13” toplanışı çərçivəsində keçiriləcək turnirdə mübarizə aparacaq. Stolüstü tennisçilərimiz bu toplanışın ardınca avqustun 25-27-də 2010-cu il təvəllüdlü oğlan və qızlar arasında “Euro Mini Champ” yarışında bacarıqlarını göstərəcəklər. İdmançılarımız bu gün seçmə komandanın məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Fransaya yola düşüblər.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı