Stolüstü tennis üzrə ölkə kuboku yarışı keçiriləcək
15 noyabr 2022 1439
Noyabrın 16-da stolüstü tennis üzrə ölkə kubokuna start veriləcək. Azərbaycan Respublikası Gənclər və ldman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışın əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir. Həmçinin, perspektivli idmançıları üzə çıxarmaq və milli komandaya namizədləri müəyyənləşdirmək məqsədi daşıyan yarışda şəxsi və komanda mübarizəsində qaliblər bilinəcək. “Şüa” İdman Kompleksində keçiriləcək ölkə kubokunda müxtəlif idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəbləri qatılacaq. Noyabrın 19-da yekun vurulacaq yarışın qalibləri AGİN-nin diplomları va ASTF-nin qiymətli hədiyyələri ilə təltif olunacaqlar.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı