Skopye-2025: İtaliya medal sıralamasına başçılıq edir - Medal siyahısı
22 iyul 2025 - 22:47 483
Şimali Makedoniya və Xorvatiyada keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ikinci yarış günü arxada qalıb.
Günün yekun nəticələrindən sonra İtaliya komandası 10 qızıl medalla birinci pillədə qərarlaşıb. Aktivində 4 qızıl, 0 gümüş, 2 bürünc medal olan Macarıstan komandası ikincidir. Azərbaycan isə üç qızıl medalla siyahının üçüncü pilləsində yer alır.
