Skopye-2025: Gimnastımız final mərhələsində çıxış edəcək
25 iyul 2025 - 08:31 480
Bu gün Xorvatiyanın Osiek şəhərlərində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarının final mərhələsinə start veriləcək.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, ilk turda idman gimnastikası üzrə fərdi çıxışlarda dayaqlı tullanma növü üzrə Albina Əliyeva 12.900 xalla 8-ci yerə layiq görülüb.
Finala vəsiqə qazan gimnastımız bu gün fərdi çıxışlarda dayaqlı tullanma növündə mübarizə aparacaq.
Qeyd edək ki, Komanda yarışlarında Albina Əliyeva 45.900 xalla 37-ci, Aynaz Məcidzadə 43.550 xalla 67-ci, Leyla Məmmədzadə isə 28.150 xalla 98-ci sırada yer alıblar. Komanda hesabında gimnastlarımız 19-cu yerə layiq görülüblər.
Gimnastika yarışları Xorvatiyanın Osiek şəhərində yerləşən “Qradski Vrt” yarış zalında keçirilir.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı