Səkkizqat Olimpiya çempionunun rekordu yeniləndi
24 aprel 2025 654
31 yaşlı cənubi afrikalı sprinter Akani Simbine əfsanəvi Useyn Boltun rekordunu yeniləyib. O, 11 mövsüm ardıcıl olaraq 100 metr məsafəni 10 saniyədən az vaxta qət edib. Yamaykalı səkkizqat Olimpiya çempionunun karyerasında 10 mövsümün rəqəmləri Simbinedən sonra dəyişib.
Qeyd edək ki, Simbinenin 100 metr məsafəyə qaçışda ən yaxşı nəticəsi 9,82 saniyədir. O, bu göstərici ilə Paris-2024-də dördüncü yeri tutub. Dünya rekordu isə əvvəlki kimi Bolta məxsusdur - 9,58 saniyə.
Məlumat üçün bildirək ki, "Dünyanın ən sürətli adamı" karyerasını 2017-ci ilin yayında başa vurub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı