Seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
10 yanvar 2025 459
Beynəlxalq Olimpiya Komitəsinə (BOK) yeni prezident seçkilərinin tarix açıqlanıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, seçkilər martın 20-də təşkil olunacaq.
BOK prezidenti postuna seçkilərdə yeddi namizəd iştirak edəcək. Sebastyan Koe (Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının prezidenti), Vatanabe Morinari (Beynəlxalq Gimnastika Federasiyasının prezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının nümayəndəsi), Xoan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti), Faisal Al Hussein (BOK İcraiyyə Şurasının üzvü) və Kirsti Koventri (üzgüçülük üzrə ikiqat Olimpiya çempionu) namizədlər sırasında yer alıblar.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı