Sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçiriləcək dünya birinciliyinin heyəti məlum olub
27 sentyabr 2023 1185
5-9 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçiriləcək dünya birinciliyinin heyəti məlum olub.
??? məlumatına görə, 14 azərbaycanlı samboçu Mərkəzi Asiyada keçiriləcək yarışda dünya çempionu olmaq uğrunda mübarizə aparacaq.
Yeniyetmələr: Ziyəddin Zeynallı (53 kq), Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Nicat Sultanov (71 kq), Sülhan Süleymanlı (79 kq), Hüseyn Hüseynli (88 kq), Hacıbaba İmaməliyev (+98 kq);
Gənclər: Sahib Babayev (58 kq), İlkin Şahgəldiyev (64 kq), Ricad Nadirov (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq), Rəsul Aydəmirov (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq)
Qeyd edək ki, millilərimizin yarışda iştirak edəcək yeniyetmələr və gənclərdən ibarət heyəti hazırda yarışa hazırlıqla əladədar Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Hazırlıq prosesi sentyabrın 30-dək davam edəcək.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı
