Rüstəm Orucov: Çox şadam ki, cüdonu seçmişəm
10 avqust 2023 317
Mən fəxri kürsüyə qalxdığım anı həmişə xatırlayacağam.
Azərbaycanlı cüdoçu Rüstəm Orucov Avropa Cüdo Birliyinin rəsmi saytına cüdo karyerasını bitirməsi ilə bağlı müsahibəsində bildirib.
Cüdoçu deyib: “Unudulmaz illər idi və mən çox şadam ki, cüdonu seçdim və Azərbaycanın Bayrağını böyük arenalarda dalğalandırmaq şərəfinə nail oldum. Ancaq hər səfərin bir sonu var. 8 avqust - Olimpiya medalını qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram. Bu illər ərzində mənə dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm. Sizin sevginizi qazandığım üçün çox şanslıyam. İndi həyatımda yeni səhifə açmağın vaxtıdır”.
Qeyd edək ki, Rüstəm Orucov idman karyerasında çoxsaylı nailiyyətlərə imza atıb. O, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, həmin ildə Avropa çempionu titulunu qazanıb. Cüdoçu karyerası ərzində ümumilikdə 16 “Böyük dəbilqə” və 12 Qran-Pri medalı qazanıb. Cüdonun onun həyatında mühüm yeri olduğunu deyən Rüstəm Orucov gənclərlə yaxından işləmək arzusundadır.
“Cüdo mənə çox şeyi, o cümlədən yaxşı davranmağı və başqalarına hörmət etməyi öyrətdi. Cüdo insana doğru yolu göstərir, ona görə də cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam. İndi gələcək nəsil ilk növbədə pis vərdişlərdən uzaq olmalı, yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoymalı və sona qədər mübarizə aparmalıdır”, - deyə Rüstəm Orucov əlavə edib.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı