Rusiyada Beynəlxalq Universitet İdman Festivalının açılış mərasimi olub
20 avqust 2023 168
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalının təntənəli açılış mərasimi keçirilib.
Tədbir Yekaterinburq Beynəlxalq Sərgi Mərkəzində təşkil olunub.
İlk olaraq festivalda iştirak edən ölkələrin bayraqlarının paradı gerçəkləşib.
Daha sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin festival iştirakçılarına təbrik məktubunu ölkə Prezidentinin köməkçisi İqor Levitin oxuyub, ölkənin Dövlət Himni səsləndirilib.
Rusiya Federasiyasının idman naziri Oleq Matıtsin və Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev bu mötəbər idman tədbiri barədə fikirlərini bölüşüblər.
Digər çıxış edənlər bu festivalın əhəmiyyətindən bəhs edib, hər bir iştirakçıya uğurlar arzulayaraq onların gələcəkdə daha çox nailiyyət əldə edəcəklərinə inandıqlarını bildiriblər.
Beynəlxalq Universitet İdman Festivalının açılış mərasimi musiqili şou proqram və müxtəlif səhnəciklərlə başa çatıb.
Qeyd edək ki, avqustun 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 69 idmançı təmsil edəcək. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı