Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 4-cü mərhələsi baş tutub.
08 sentyabr 2023 879
Ölkəmizi bu yarışda Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edib. Güləşçilərimiz qrup mərhələsini uğurla adlayaraq yarımfinala yüksəliblər.
Həsənov yarımfinalda Valentin Seymetslə gərgin keçən görüşdən qalib ayrılıb – 3:2. Ramiz finalda ukraynalı Aleksey Boruta 0:3 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.
Yusubov final yolunda amerikalı Tayson Beauperthuya heç bir şans tanımayıb – 3:0. İbrahim həlledici görüşdə ukraynalı Aleksey Yakovçuka tam üstünlüklə (3:0) qalib gələrək qızıl medal qazanıb.
Nəzəriani prinsipial görüşdə gürcüstanlı Mamuka Kordzayanı üstələyib – 1:0. Türkiyəli Fatih Yaşarlıyla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə qələbəni əldən verən Oyan 2:3 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.
Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının dördüncü mərhələsində 1 qızıl və 2 gümüş medal qazanıb.
Qeyd edək ki, Dünya Seriyasının final mərhələsi oktyabrın 14-15-də Türkiyənin Muğla şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı