Rəsul Əlizadə: "Qızıl medal qazanıb, fəxri kürsüdə bayrağımızı zirvədə görmək böyük şərəfdir"
22 iyul 2025 - 20:58 345
"Bir ay əvvəl bu şəhərdə Avropa çempionatının qalibi olmuşdum. Yenidən eyni məkanda çempionluq sevincini yaşamaq qürurvericidir".
Bu sözləri XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarının qalibi Rəsul Əlizadə deyib.
-55 kq çəki dərəcəsində qalib olan idmançımız çempionluğunu heç də asan qazanılmadığını qeyd edib.
"Uzun müddətdir ki, bu festivala hazırlaşırdıq. Buna qədər bir sıra yarışlarda iştirak etmişəm.Festivalda keçirdiyim görüşlər heç də asan olmadı. İlk qələbəmdən sonra daha da ruhlandım. Rəqiblərimlə mübarizədə təşəbbüsü heç cür əldən vermək olmazdı. Bu istəyim sona qədər davam etdi. Nəticədə finala yüksəldim.
Ölkəmizə qızıl medal qazandıran cüdoçular arasında yer aldım. Qızıl medal qazanıb, fəxri kürsüdə bayrağımızı zirvədə görmək böyük şərəfdir", - deyə Rəsul Əlizadə bildirib.
Qeyd edək ki, Rəsul Əlizadə (-55 kq) finalda xorvatiyalı Kristian Butuçini məğlub edərək komandamıza günün üçüncü qızıl medalını qazandırıb.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı