Xəbərlər

Rəsul Çunayev qızıl medal və Olimpiadaya vəsiqə qazandı

06 may 2016 651

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

Yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.

66 kq çəkidə mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.

Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Asiya çempionu Ruslan Tsarev olub. 6:0 hesablı qələbə qazanan Rəsul Çunayev təsnifat turnirinin qızıl medalına yiyələnib.

66 kq
1/16 final – Dominik Etlinger (CRO) – Rəsul Çunayev 0:4 tuşe (19 saniyə)
1/8 final – Rəsul Çunayev – Pavel Liax (BLR) 9:7
1/4 final – David Kareçinski (POL) – Rəsul Çunayev 1:6
1/2 final – Rəsul Çunayev – Artak Marqaryan (FRA) 8:0 (68 saniyə)
FİNAL – Ruslan Tsarev (KGZ) – Rəsul Çunayev 0:6

98 kq
1/8 final – Daniel Gastl (AUT) – Şalva Qadabadze 0:2
1/4 final – Şalva Qadabadze – Feliks Baldauf (NOR) 2:10

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

14625411386128630237_1000x669