Xəbərlər

Qubada keçirilən bədii gimnastika turnirində ilk mükafatçılar bəlli olub

25 sentyabr 2024 939

Quba şəhərində bədii gimnastika üzrə "Grace of Nature" turniri davam edir.

 

Quba Olimpiya İdman Kompleksində təşkil edilən yarışda ötən gün müxtəlif yaş qrupları üzrə çıxışlar olub.

 

"Ocaq Sport" klubundan Firuzə Məmmədova (2012-ci il, C kateqoriyası, topla hərəkət), Gülüzar Şərifova ( 2013-cü il, B kateqoriyası, alətsiz hərəkət, fərdi), Ayla Abbaszadə (2014-cu il, B kateqoriyası, alətsiz, fərdi), Amina Həsənzadə (2016-cı il, B kateqoriyası, gürzlərlə hərəkət, fərdi), Həlimə Əmirzadə (2016-cı il B kateqoriyası, halqa ilə hərəkət, fərdi), Dəniz Müvəffəqi (2016-cı il C kateqoriyası, alətsiz hərəkət, fərdi) və Nərmin Vəlizadə (2018-ci il, alətsiz hərəkət, fərdi) birinci yeri tutublar.

 

“Grasiya” klubunun üzvü Nuray Yusubova (2013-cü il, C kateqoriyası) gürzlərlə hərəkətlərdə bütün rəqiblərini qabaqlayıb.

 

Topla hərəkətdə isə Bakı Gimnastika Mərkəzindən 2013-cü il təvəllüdlü Səidə Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Su İdmanı Sarayının komandasında Samirə Rzayeva (2014-cü il, C kateqoriyası) uğurlu çıxışı ilə hakimlərdən ən yüksək xalı alıb.

 

Abşeron Olimpiya İdman Kompleksinin bədii gimnastı Əsmanur Hüseynəli (2016-cı il, C kateqoriyası) isə alətsiz hərəkətlərdə birinci olub.

 

Qeyd edək ki, "Grace of Nature" turnirinə sentyabrın 26-da yekun vurulacaq.