Qış Olimpiya Oyunlarının məşəlləri hazırdır
16 aprel 2025 720
Gələn il Milanda və Kortina d Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi məşəlləri ictimaiyyətə təqdim olunub. Associated Press xəbər verir ki, təntənəli təqdimat mərasimi Milanda təşkil olunub. Bildirilib ki, məşəllər ilk növbədə təkrar emal edilmiş materiallardan hazırlanıb. Alov daşıyıcılarının çənini 10 dəfəyə qədər doldurma mümkün olacaq. Təşkilatçıların fikrincə bununla da məşəllərin ümumi sayı xeyli azalacaq. Olimpiya məşəli alüminium-latun ərintisindən hazırlanıb və mavi-yaşıl rəngə malikdir. Məşəlin paralimpiya versiyası isə bürünc rəngə boyanıb.
Qeyd edək ki, Oyunların məşəli noyabrın 26-da Yunanıstanın Olimpiya şəhərində alovlanacaq. Məşəl dekabrın 6-da Romaya çatacaq. Bundan sonra 10 mindən artıq məşəlçi İtaliya ərazisində 12 min km yol qət edəcək.
Xatırladaq ki, Milanda və Kortina d Ampezzoda Qış Olimpiya Oyunları gələn il fevralın 6-dan 22-dək keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı