"Qarabağ" Premyer Liqada 12-ci dəfə çempion oldu
27 aprel 2025 1134
"Qarabağ" klubu Misli Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
XXXII turda səfərdə "Sabah"la qarşılaşan Ağdam təmsilçisi 1:1 hesablı heç-heçə edib. "Bank Respublika Arena"da baş tutan görüşdə Redon Cica penalti ilə "Qarabağ"ı önə çıxarıb (42-ci dəqiqə), Boyan Letiç isə hesabı bərabərləşdirib (73-cü dəqiqə).
Bu nəticə ilə xallarını 77-yə çatdıran "köhlən atlar" Premyer Liqada 12-ci çempionluğunu bayram edib. "Sabah" isə 40 xalla beşinci pillədə qərarlaşıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı