Qadınların növbəti beynəlxalq təlim-məşqi keçiriləcək
12 aprel 2022 1150
Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınların baş məşqçisi Denis Morozvun rəhbərliyi ilə qadınlar arasında 6-cı Beynəlxalq təlim-məşq təşkil edəcək.
2-8 May tarixlərində AMKF-in təlim-məşq bazasında təlim-məşqlərə Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), Dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaq.
Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması gözlənilir. Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarına idmançılarımızla birgə Çexiya və Yunanıstandan karateçilər qatılmışdı.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı