Qadın güləşçimiz İslamiadada bürünc medal qazandı
19 noyabr 2025 - 18:36 460
Azərbaycan komandası VI İslam Həmrəyli Oyunlarında daha bir medal qazanıb.
Olympic.az xəbər verir ki, bu uğura qadın güləşçimiz Elnurə Məmmədova nail olub.
50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə əlcəzairli Çebila Çeimaya 5:0 hesabı ilə qalib gəlib.
Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov güləş yarışlarını oyunların keçirildiyi arenada izləyib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı




