Prezidentin nəvəsi dünya çempionu oldu
18 may 2025 778
İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva möhtəşəm uğura imza atıb.
Bu barədə məlumatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında paylaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 yaşlı nəvəsi Əminə Əliyeva light sanda növü üzrə keçirilən yarışda bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb.
Məlumata görə, nüfuzlu yarışda ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidentinin qızı Arzu Əliyeva da yer alıb.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı