"Prezident Kuboku-2024" beynəlxalq reqatasında növbəti medal
02 may 2024 1367
Azərbaycan avarçəkəni Nurlan Paşayev ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" beynəlxalq reqatasında gümüş medal qazanıb.
İdmançımız bu uğura Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın ikinci günündə 2006-2007-ci illər təvəllüdlü idmançıların yarışında nail olub.
Təmsilçimiz akademik avarçəkmə növündə 1500 metr məsafəyə yarışda ikinci yerə sahib çıxıb.
Bununla da Azərbaycan komandasının “Prezident Kuboku-2024” beynəlxalq reqatasinda qazandığı medalların sayı 3-ə çatıb.
Xatırladaq ki, daha əvvəl təmsilçilərimizdən Əlimuradov Hacızadə qızıl, Amil Ramazanov ise bürünc medal qazanmışdı.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı