Piastri Formula 1 Çin Qran Prisinin qalibi olub
23 mart 2025 132

McLaren komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 sinfi üzrə Dünya Avtomobil Yarışı Çempionatının ikinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.
Şanxayda baş tutan yarışda onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.
Piastri Formula 1-də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində qalib gəlmişdi.
Qran Prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.
Bənzər xəbərlər

Məşhur şahmatçı Bakıda ustad dərsi keçdi
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılı ilə Milli Xalça Muzeyində şahmat üzrə ... Ətraflı

Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində avarçəkmə nümayişi və əyləncəli proqram təşkil olunub
Aprelin 28-də Füzuli rayonunda yerləşən Köndələnçay su anbarında ümummilli lider ... Ətraflı