Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edəcək
11 mart 2025 632
“Ölkəmiz iyun ayında kəndirlə mübarizə idman növü üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək”.
Bu sözləri Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri, Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının İdarə Heyətinin üzvü Elnur Şıxəliyev deyib.
O, bununla bağlı bir sıra görüşlərinin keçirildiyini qeyd edib.
“Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) prezidenti Ralf Brauninger, qurumun baş katibi Anders Andersson bir həftə əvvəl Bakıya səfər ediblər. Səfər çərçivəsində bu idman növünün inkişafı üçün bir sıra görüşlər keçirilib. Martın 9-da Abşeron Olimpiya İdman Kompleksində atletlər, hakimlər və məşqçilər üçün beynəlxalq seminar təşkil olundu. Uzun müddət İsveç komandasının üzvü olan dünya, Avropa çempionu Anders Anderson seminar çərçivəsində öz təcrübəsini idmançılarımızla bölüşdü. Həmçinin İdarə Heyətinin qərarı ilə beynəlxalq səviyyəli “Turan Kuboku” yarışının keçirilməsi ilə bağlı qərar qəbul edildi. Bununla bağlı Gənclər və İdman Nazirliyində də görüş keçirəcəyik. Yarışda türkdilli ölkələrlə yanaşı, digər ölkələrin iştirak edəcəyi gözlənilir”, - deyə Elnur Şıxəliyev bildirib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular
Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə çempionatında daha ... Ətraflı