Parisdə Avropa Olimpiya Komitəsinin növbəti seminarı keçirilir
12 may 2023 848
Fransanın paytaxtı Paris şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü seminarı start götürüb.
Tədbirdə Azərbaycan nümayəndə heyətini Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibi Azər Əliyev və Xarici Əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
Avropa İdman Həftəsi çərçivəsində təşkil olunan seminarda AOK-un 2030-cu ilə qədər Strateji Gündəliyinin hazırlanması istiqamətində əldə edilmiş irəliləyişlər və digər strateji məsələlərlə bağlı müzakirələr aparılıb.
Tədbir çərçivəsində “Krakov-2023” Avropa Oyunları, “Maribor-2023” Avropa Gənclərinin Olimpiya Festivalı, “Paris-2024” Yay Olimpiya Oyunları və “Milano-2026” Qış Olimpiya Oyunlarına dair fəaliyyət planı Təşkilat Komitələri tərəfindən təqdim olunaraq müzakirələr aparılıb.
Əlavə olaraq, seminar çərçivəsində “İdmanda davamlılıq”, “Gender bərabərliyi”, “MOK-ların miqrant böhranını idarə edilməsi”, “Cəmiyyətə idmanın təsiri və sosial inteqrasiya”, “İdmanda yüksək texnologiyalar” mövzularında müzakirələr aparılıb.
Həmçinin, AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə VIII “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatının qalibi müəyyənləşəcək.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı
.jpeg)
.jpeg)
.jpeg)
