Paris-2024-ün başlamasına 50 gün qalıb
06 iyun 2024 1437
Bu il Fransanın ev sahibliyi edəcəyi Paris-2024 Yay Olimpiya Oyunlarının başlanmasına 50 gün qalıb.
33-cü Yay Olimpiya Oyunları iyulun 26-da Sena çayında təşkil olunacaqaçılış mərasimi ilə rəsmi olaraq start götürəcək.
FransaYay Olimpiya Oyunlarına 1900 və 1924-cü illərdən sonra üçüncü dəfə ev sahibliyi edəcək.Dördilliyin ən nüfuzlu yarışının proqramına 28 idman növü ilə yanaşı, breykdans, idman dırmanması, skeytbordinq və dalğa sörfinqi kimi yeni növlər də daxil edilib. 17 gün davam edəcək Oyunlarda 10500 idmançı medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan tarixində 8-ci dəfə Yay Olimpiya Oyunlarında təmsil olunacaq.
Hazırda Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarına 29 lisenziya qazanıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı