Paris-2024-ün bağlanış mərasimindəki bayraqdarlarımız müəyyənləşdi
11 avqust 2024 1511
Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib.
Mərasimdə üçrəngli bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnastımız Zeynəb Hümbətova dalğalandıracaq.
Bağlanış mərasimi avqustun 11-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı