Paris-2024: Sənan və Stadnikin rəqibi bəlli olub
05 avqust 2024 1356
Paris-2024 Yay Olimpiya Oyunlarında güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.
Azərbaycanın daha iki pəhləvanının rəqibi bəlli olub.
Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşacaq. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə almaniyalı Anastasiya Blavyasla yarışacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.
6 avqust
Yunan-Roma güləşi
77 kq
Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)
Qadın güləşi
50 kq
Mariya Stadnik - Anastasiya Blavyas (Almaniya)
Qeyd edək ki, olimpiadada güləş yarışlarının ilk günündə yunan-Roma güləşində Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (120 kq) döşək üzərinə çıxıb. Murad ilk görüşdə rəqibinə məğlub oldu. Sabah isə yarımfinala rəqibinə məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
