Paris-2024: Güləşçimiz Murad Məmmədov ilk görüşdə məğlub oldu
05 avqust 2024 827
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Bu gün daha bir güləşçimiz Murad Məmmədov xalça üzərinə çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda venesuelalı Rayber Joze Rodrigez Orosko ilə qarşılaşıb. Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl digər pəhləvanımız Sabah Şəriəti ilk görüşdə estoniyalı Heyki Nabiyə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı





